London və Vaşinqton Kral III Karlın ABŞ səfəri öncəsi təhlükəsizlik tədbirlərini koordinasiya edir

London və Vaşinqton Kral III Karlın ABŞ səfəri öncəsi təhlükəsizlik tədbirlərini koordinasiya edir

DÜNYA
376

Fins.az - Böyük Britaniya hökuməti Kral III Karlın ABŞ-yə planlaşdırılan səfəri ərəfəsində Amerika xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edir.

Baş nazir Kir Starmerin baş katibi Darren Cons Sky News-a açıqlamasında bildirib ki, monarxın və kraliça Kamillanın təhlükəsizliyi həm Britaniya tərəfi, həm də Bukinqem sarayı tərəfindən ən yüksək səviyyədə nəzərdən keçirilir.

O qeyd edib ki, gələn həftə baş tutacaq səfər öncəsi Böyük Britaniya və ABŞ təhlükəsizlik xidmətləri arasında sıx koordinasiya davam edir.

Açıqlama Vaşinqtonda baş verən insidentdən sonra verilib. Həmin hadisə zamanı ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının tədbirindən təhlükəsizlik səbəbilə təxliyə edilmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
London və Vaşinqton Kral III Karlın ABŞ səfəri öncəsi təhlükəsizlik tədbirlərini koordinasiya edir — Fins.az — Fins.az