LNG qiymətləri qlobal bazarda artmağa davam edir

LNG qiymətləri qlobal bazarda artmağa davam edir

DÜNYA
300

Fins.az - Hörmüz boğazında yaranmış məhdudiyyətlər fonunda qlobal mayeləşdirilmiş təbii qaz (LNG) qiymətlərində artım davam edir.

Avropa və Asiya bazarlarında LNG-nin qiymətləri son həftələrdə kəskin yüksəlib, ABŞ bazarında isə əks tendensiya müşahidə olunur.

Məlumata görə, Avropada LNG fyuçerslərinin qiyməti milyon Britaniya istilik vahidi üçün 14,80 dollara çatıb ki, bu da əvvəlki dövrlə müqayisədə təxminən 35 faiz artım deməkdir. Şərqi Asiyada isə qiymətlər 51 faiz yüksəlib.

ABŞ-də isə LNG qiymətləri 9 faiz ucuzlaşıb və 2024-cü ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb. Eyni zamanda, mart ayında ABŞ gündəlik təxminən 17,9 milyard kubfut LNG ixrac edib ki, bu da yüksək ixrac göstəricisi sayılır.

Ekspertlər hesab edirlər ki, qlobal enerji bazarında regionlar üzrə qiymət fərqlərinin artması təchizat zəncirində yaranan gərginliklə birbaşa bağlıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
LNG qiymətləri qlobal bazarda artmağa davam edir — Fins.az — Fins.az