LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirir

DÜNYA
128

Fins.az - Mayeləşdirilmiş təbii qaz (LNG) ötən il Avropada əsas qaz mənbəyi kimi mövqeyini daha da gücləndirib.

Məlumata görə, bu barədə Beynəlxalq LNG İdxalçıları Assosiasiyasının (GIIGNL) illik hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, ötən il Avropada LNG idxalı 28 milyon ton artıb. Bu artım boru kəməri ilə qaz tədarükünün azalması, qaz anbarlarının aşağı səviyyədə olması və elektrik enerjisi sektorunda yüksək tələbatla əlaqələndirilir.

Eyni zamanda, Yaxın Şərq və Afrikada LNG idxalında ən sürətli artım müşahidə olunub. Bu artım əsasən Misirin mayeləşdirilmiş təbii qaz idxalına başlaması ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirir — Fins.az — Fins.az