
Liviya sahillərində 143 miqrant saxlanılıb, 153 nəfər itkin düşüb
Fins.az - Liviya Sahil Mühafizəsi qüvvələri ölkənin şərq sahillərində keçirilən əməliyyatlar zamanı 143 qanunsuz miqrantı saxlayıb.
Məlumata görə, miqrantlar iyulun 10-da Tobruk və Sirt şəhərləri yaxınlığında keçirilən iki ayrı əməliyyat zamanı aşkar ediliblər. Onların arasında 72 Sudan, 31 Misir və 40 Banqladeş vətəndaşı olub.
Eyni zamanda, Qərbi Afrika marşrutu ilə Atlantik okeanı vasitəsilə Avropaya üz tutduğu bildirilən 153 miqrantın olduğu qayığın taleyi hələ də naməlumdur. Axtarış və araşdırma işləri davam etdirilir.