
Liviya sahilləri yaxınlığında iri qaz yataqları aşkar edilib
Fins.az - İtaliyanın “Eni” şirkəti Liviya sahilləri yaxınlığında iki yeni qaz yatağı aşkar edib. Məlumata görə, yataqlardakı ümumi qaz ehtiyatı bir trilyon kub futdan çoxdur. Bildirilir ki, yeni aşkar olunan yataqlar Liviya sahillərindən təxminən 85 kilometr məsafədə yerləşir. Bu kəşf regionda enerji ehtiyatlarının artırılması baxımından əhəmiyyətli hesab olunur.