Litvada nüvə silahına qoyulan qadağanın ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib

Litvada nüvə silahına qoyulan qadağanın ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib

DÜNYA
199

Fins.az - Litva Seymində ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb.

Parlament katibliyinin məlumatına görə, qanun layihəsi 50 deputatın dəstəyini qazanıb ki, bu da onun rəsmi qeydiyyata alınması üçün kifayət edib.

Sənədin növbəti mərhələdə parlament komitələrində müzakirəyə çıxarılması və daha sonra plenar iclasda baxılması gözlənilir.

Qanun layihəsinin qəbul olunub-olunmayacağı ilə bağlı yekun qərar parlament səsverməsindən sonra məlum olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Litvada nüvə silahına qoyulan qadağanın ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib — Fins.az — Fins.az