Litium bazarında dönüş: 25% artacağını proqnozlaşdırılar

Litium bazarında dönüş: 25% artacağını proqnozlaşdırılar

DÜNYA
477

Fins.az - Dünyanın aparıcı litium istehsalçılarından biri olan Sociedad Química y Minera de Chile (SQM) cari ildə qlobal litium tələbatının 25% artacağını açıqlayıb.

Şirkət dördüncü rübdə satışlarını 50% artıraraq 66 min tondan çox məhsul realizə edib.

Artım elektromobil bazarının bərpası və enerji saxlama sistemlərinə tələbatın yüksəlməsi ilə əlaqələndirilir. SQM-nin Codelco ilə birgə yaratdığı Nova Andino Litio SpA müəssisəsi yaxın illərdə istehsalı 30% artırmağı planlaşdırır.

Analitiklər hesab edirlər ki, aşağı maya dəyəri və yeni “birbaşa ekstraksiya” texnologiyaları yüksək xərcli istehsalçılar üçün əlavə təzyiq yarada bilər. Litium qiymətləri bərpa olunsa da, 2022-ci ilin rekord səviyyələrindən xeyli aşağı qalır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Litium bazarında dönüş: 25% artacağını proqnozlaşdırılar — Fins.az — Fins.az