LG, Arçelik-in texnologiyasını oğurlayıb

LG, Arçelik-in texnologiyasını oğurlayıb

DÜNYA
1,317

LG şirkətinin, Arçelik-in paltaryuyan maşınlar üçün inkişaf etdirdiyi "Direct Drive" texnologiyasını oğurladığı bildirilir.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, LG, bu texnologiyanı icazəsiz olaraq "6 Motion" texnologiyası adı ilə bazara təqdim etdiyi paltaryuyan maşınlarda istifadə edib.

"Direct Drive" həssas yuma təmin edən texnologiyadır (paltarlar köhnəlmədən həssas bir şəkildə yuyulur).

Beko və Grundig kimi  markaların daxil olduğu Arçelik şirkəti, LG şirkətini və LG-nin Almaniya və Fransadakı ortaqlarını məhkəməyə verib.

Dünya Əqli Mülkiyyət Təşkilatına (WIPO) ən çox beynəlxalq patent müraciəti edən şirkətlər arasında 67-ci yerdə olan Arçelik,  inkişaf etdirdiyi "Direct Drive" texnologiyasının patentini 1997-ci ildə alıb. 

©Marja

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
LG, Arçelik-in texnologiyasını oğurlayıb — Fins.az — Fins.az