“Bert” qasırğası Fransada qatarların hərəkətinə mane olub

“Bert” qasırğası Fransada qatarların hərəkətinə mane olub

DÜNYA
264

“Bert” qasırğası Fransada dəmir yolu hərəkətində məhdudiyyətlərə səbəb olub.

Finss.az xəbər verir ki, “Le Figaro” qəzetinin məlumatına görə, SNCF dəmir yolu şirkəti elektrik qatarları reyslərinin ləğvi və yüksəksürətli qatarların hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.

Güclü küləklə əlaqədar ölkənin mərkəzi və şərq rayonlarında yerləşən doqquz departamentdə narıncı hava təhlükəsi səviyyəsi elan olunub. Meteoroloqların məlumatına görə, bölgədə küləyin sürəti saniyədə 33 metrə çata bilər.

Xatırladaq ki, sulu qar və güclü küləklə müşayiət olunan “Bert” qasırğası indiyədək Böyük Britaniya və İrlandiyada beş nəfərin həyatına son qoyub.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Bert” qasırğası Fransada qatarların hərəkətinə mane olub — Fins.az — Fins.az