
La Liqada “Real Madrid” evdə “Jirona” ilə heç-heçə edib
Fins.az - İspaniya La Liqasının 31-ci turunda “Real Madrid” öz meydanında “Jirona”nı qəbul edib.
Madrid şəhərindəki “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra “Real Madrid” 70 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Jirona” isə 38 xalla 12-ci yerdə yer alır.