Kubada milli elektrik şəbəkəsi bir həftədə ikinci dəfə çöküb

Kubada milli elektrik şəbəkəsi bir həftədə ikinci dəfə çöküb

DÜNYA
156

Fins.az - Kubanın milli elektrik şəbəkəsində bir həftə ərzində ikinci dəfə genişmiqyaslı nasazlıq baş verib.

Ölkənin Energetika və Mədən Nazirliyi bildirib ki, qəza nəticəsində elektrik enerjisinin tam kəsilməsi qeydə alınıb və enerji təchizatının bərpası üçün müvafiq protokollar işə salınıb.

Xatırladaq ki, Kubanın milli elektrik şəbəkəsi iyulun 6-da da sıradan çıxmışdı. Həmin hadisədən sonra ölkənin bir sıra bölgələrində elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranmışdı.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kubada milli elektrik şəbəkəsi bir həftədə ikinci dəfə çöküb — Fins.az — Fins.az