
Krımda yanacaq 112 yanacaqdoldurma məntəqəsində sərbəst satışa çıxarılacaq
Fins.az - Krımda bazar günü yanacağın sərbəst satışı 112 yanacaqdoldurma məntəqəsində həyata keçiriləcək.
Bu barədə Krımın yanacaq və energetika naziri Vladimir Voronkin məlumat verib.
Sevastopolda isə yanacağın sərbəst satışı doqquz yanacaqdoldurma məntəqəsində təşkil olunacaq. Şəhərdə yanacaq, həmçinin QR-kod sistemi vasitəsilə də veriləcək.
Xatırladaq ki, logistik çətinliklər səbəbindən Sevastopolda mayın 22-dən, Krımda isə mayın 29-dan etibarən yanacağın satışına məhdudiyyətlər tətbiq olunmuşdu.