Krım körpüsü ilə yanacaq daşınmasına qoyulan limit artırılıb

Krım körpüsü ilə yanacaq daşınmasına qoyulan limit artırılıb

DÜNYA
150

Fins.az - Krım hakimiyyəti nəqliyyat vasitələri ilə Krım körpüsü üzərindən daşınmasına icazə verilən yanacağın həcmini artırıb.

Krım rəhbərinin müşaviri Oleq Kryuçkov bildirib ki, yeni qaydalara əsasən bir nəqliyyat vasitəsində əlavə olaraq 200 litr benzin keçirmək mümkün olacaq.

Bundan əvvəl qüvvədə olan norma avtomobilin öz yanacaq çənindən əlavə maksimum 100 litr mayenin daşınmasına icazə verirdi.

Hazırda Krım körpüsündən minik avtomobilləri və avtobusların hərəkəti açıqdır. Yeni qərarın bölgədə yanacaq təminatının yaxşılaşdırılmasına xidmət etdiyi qeyd olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Krım körpüsü ilə yanacaq daşınmasına qoyulan limit artırılıb — Fins.az — Fins.az