Koronavirus “Apple”ı məxfiliklə risk etməyə məcbur etdi: Qaydalar dəyişib

Koronavirus “Apple”ı məxfiliklə risk etməyə məcbur etdi: Qaydalar dəyişib

DÜNYA
708

“Apple”ın yeni məhsullarının hazırlanması həmişə artan məxfiliklə bağlı idi, əməkdaşlara iş yerində yalnız prototiplərlə işləməyə icazə verilirdi.

Fins.az-ın məlumatına görə, “Bloomberg” nəşri yazır ki, yalnız koronavirus epidemiyası bu qaydanı dəyişdirib.

Nəşrin məlumatına görə, dəyişiklik təxminən 3 həftə öncə başladıldı. San-Fransisko və Silikon Vadisində bələdiyələrinin qərarına görə, regionda özünütəcrid rejiminə başlanılıb. “Apple” bu qərarlardan dolayı, “Apple Park”dakı yeni qərargahını və köhnə ofislərində işləri dayandırıb.

Daha sonra əməkdaşlardan biri deyib ki, giriş kartlarının işlək olmasına baxmayaraq, işçilərin ofisdə görünmələri üçün xüsusi icazə tələb olunub.

“Apple”ın yeni qurğularının hazırlanması zamanı, kompaniyanın əməkdaşları bağlı qapılar və kip pərdələnmiş pəncərələr arxasında işləmək lazım gəlirdi. Yeni məhsulun prototipi bağlı şkaflarda saxlanılırdı, hətta işin detalları haqqında ər-arvadın müzakirə aparmasına belə icazə verilmirdi.

Mənbələrin dediyinə görə, işi evə gətirmək elə də asan deyil, ona görə də yeni məhsulların hazırlanmasında problemlər yaşanır. Ancaq bəzi mühəndislərə məhsulun detallarını hazırlamaq tələb olunduğundan, ofisə gəlməyə icazə verilib.

Hələ ki, məhdudiyyətlər ofisin yerindən asılı olaraq aprelin 5-ə qədər nəzərdə tutulub.

Bununla birlikdə “Bloomberg”dən deyirlər ki, yeni məhsulların ləğvindən söhbət belə getmir. Belə ki, “Apple” ilin sonuna qədər smart-kolonka HomePod-un yeni versiyasını, Apple TV ilə bağlı qurğu, MacBook Pro və iMac kompüterləri və Apple Watch və daha sərfəli büdcəli iPad-ın istehsalını nəzərdə tutublar.

Xatırladaq ki, daha əvvəl “Nikkei Asian Review” öz mənbələrinə istinadən deyirdi ki, “Apple” 5G-ni dəstəkləyən ilk smartfonu “iPhone12”nin bazara çıxarılmasını bir neçə aya qədər təxirə sala bilər. Mənbədən nəşrə deyiblər ki, “Apple” şirkəti dünyada koronavirusdan dolayı iqtisadi çətinliklər fonunda yeni məhsula tələbatın aşağı olmasından ehtiyat edirlər.

@facemark.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Koronavirus “Apple”ı məxfiliklə risk etməyə məcbur etdi: Qaydalar dəyişib — Fins.az — Fins.az