
Konqoda Ebola səbəbilə ölənlərin sayı 149-a çatıb
Fins.az - Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 149-a yüksəlib.
Bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, təsdiqlənmiş yoluxma halları 710-a çatıb. Xəstəxanalarda və izolyatorlarda 324 nəfər Ebola virusu ilə müalicə olunur.
Nazirlik həmçinin bildirib ki, ölüm göstəricisi 21 faiz təşkil edir, kontakların izlənməsi səviyyəsi isə 60,5 faizdir.
Qeyd olunur ki, əvvəlki hesabatla müqayisədə həm yoluxma, həm də ölüm sayında artım qeydə alınıb.