Konqo Demokratik Respublikasında Ebola yoluxmaları 300-ü ötüb

Konqo Demokratik Respublikasında Ebola yoluxmaları 300-ü ötüb

DÜNYA
102

Fins.az - Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 300-ü keçib.

Son məlumatlara görə, virus səbəbindən həyatını itirənlərin sayı 48 nəfərə çatıb.

Səhiyyə qurumlarının bildirdiyinə əsasən, epidemiya yayılmaqda davam edir və hazırda İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yerləşən 23 səhiyyə zonasını əhatə edir.

Ən çox yoluxma halı uzun illərdir təhlükəsizlik problemləri ilə üzləşən İturi bölgəsində qeydə alınıb. Burada təsdiqlənmiş yoluxmaların sayı 260-ı keçib.

Səhiyyə orqanları xəstəliyin yayılmasının qarşısını almaq üçün monitorinq, müalicə və peyvəndləmə tədbirlərini davam etdirirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Konqo Demokratik Respublikasında Ebola yoluxmaları 300-ü ötüb — Fins.az — Fins.az