Kolumbiya “kokain begemotları”nın sayını azaltmağı planlaşdırır

Kolumbiya “kokain begemotları”nın sayını azaltmağı planlaşdırır

DÜNYA
228

Fins.az - Kolumbiya hakimiyyəti ölkədə sürətlə artan və “kokain begemotları” kimi tanınan begemotların sayını azaltmaq üçün tədbirlər görməyə hazırlaşır.

Bu heyvanlar 1980-ci illərdə ölkəyə gətirilib və zamanla nəzarətsiz şəkildə çoxalaraq təbiət üçün problemə çevrilib. Hazırda onların sayının təxminən 250-yə çatdığı bildirilir.

Rəsmilər populyasiyanın qarşısını almaq məqsədilə 80-ə qədər begemotun məhv edilməsini nəzərdən keçirir. Bu addımın əsas məqsədi ekosistemin qorunması və yerli flora-faunanın zərər görməsinin qarşısını almaqdır.

Alimlər qeyd edirlər ki, begemotlar invaziv növ hesab olunur və təbii düşmənlərinin olmaması onların sürətlə artmasına səbəb olur. Əgər tədbir görülməzsə, yaxın illərdə onların sayının kəskin şəkildə artacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kolumbiya “kokain begemotları”nın sayını azaltmağı planlaşdırır — Fins.az — Fins.az