Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izləyib

Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izləyib

DÜNYA
174

Fins.az - Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In modernləşdirilmiş artilleriya və raket sistemlərinin sınaqlarını izləyib.

Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumata görə, sınaqlar zamanı bir neçə yeni silah sisteminin döyüş imkanları qiymətləndirilib.

Bunlar arasında modernləşdirilmiş 240 millimetrlik 24 lüləli yaylım atəşli reaktiv sistem, taktiki ballistik raketin xüsusi təyinatlı döyüş başlığı və 155 millimetrlik özüyeriyən haubitsa üçün artırılmış mənzilli mərmi yer alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izləyib — Fins.az — Fins.az