
Keysuke Honda Sinqapur klubuna transfer olunub
Fins.az - Yaponiya millisinin və “Neftçi” klubunun sabiq futbolçusu Keysuke Honda karyerasını Sinqapurda davam etdirəcək.
39 yaşlı yarımmüdafiəçi Sinqapurun “Juronq” komandası ilə razılıq əldə edib və gələn mövsümdən etibarən yeni klubunun formasını geyinəcək.
Keysuke Honda karyerası ərzində Rusiyanın MOİK və İtaliyanın “Milan” kimi tanınmış klublarında da çıxış edib.