Keyko Fuhimori Perunun ilk qadın prezidenti seçilib

Keyko Fuhimori Perunun ilk qadın prezidenti seçilib

DÜNYA
203

Fins.az - Perunun mühafizəkar “Xalqın gücü” Partiyasının lideri Keyko Fuhimori prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Perunun Milli Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, Fuhimori səslərin 50,1 faizini, onun rəqibi, solçu “Peru üçün birlikdə” Partiyasının namizədi Roberto Sançes isə 49,86 faizini toplayıb.

Beləliklə, Keyko Fuhimori ölkə tarixində prezident vəzifəsinə seçilən ilk qadın olub.

Onun prezident seçkilərində qələbəsi iyulun 3-də rəsmən təsdiqlənəcək. Andiçmə mərasiminin isə iyulun 28-də keçirilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Keyko Fuhimori Perunun ilk qadın prezidenti seçilib — Fins.az — Fins.az