
Kaya Kallas: Srebrenitsa soyqırımı Avropa tarixinin ən qaranlıq səhifələrindəndir
Fins.az - Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Srebrenitsa soyqırımını Avropa tarixinin ən qaranlıq səhifələrindən biri adlandırıb.
Kallas bu fikirləri Srebrenitsa soyqırımının 31-ci ildönümü münasibətilə yaydığı bəyanatda səsləndirib. O, faciə qurbanlarının xatirəsinin yaşadılmasının, tarixi həqiqətlərin qorunmasının və bu cür cinayətlərin bir daha təkrarlanmaması üçün beynəlxalq səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.