
Karakasda növbəti afterşok qeydə alınıb
Fins.az - Venesuelanın paytaxtı Karakasda bazar ertəsi səhər növbəti yeraltı təkan qeydə alınıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 4,6 maqnitudalı afterşokun episentri Karakasın şimalında yerləşib və ocaq 10 kilometr dərinlikdə olub.
Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges bildirib ki, son yeraltı təkan nəticəsində hər hansı yeni dağıntı barədə məlumat daxil olmayıb.
Hazırda xilasetmə işləri əsasən ölkənin uzun müddətdir davam edən siyasi və iqtisadi böhranından ciddi zərər görmüş La-Quayra ştatında davam etdirilir.