Kamçatkada Şiveluç vulkanı 11 km-dən çox hündürlüyə kül püskürüb

Kamçatkada Şiveluç vulkanı 11 km-dən çox hündürlüyə kül püskürüb

DÜNYA
452

Fins.az - Kamçatka yarımadasında yerləşən Şiveluç vulkanı 11,4 kilometr yüksəkliyə qədər kül püskürüb.

Məlumata görə, kül buludu cənub-qərb istiqamətində yayılaraq yarımadanın içərilərinə doğru hərəkət edib. Nəticədə Milkovski rayonunun Lazo və Atlasovo, eləcə də Ust-Kamçatsk rayonunun Klyuçi qəsəbələrində az miqdarda kül yağıntısı qeydə alınıb.

Rəsmi qurumlar bildiriblər ki, hadisə əhalinin gündəlik həyatına ciddi təsir göstərməyib.

Şiveluç vulkanına “qırmızı” aviasiya təhlükə kodu verilib ki, bu da hava nəqliyyatı üçün yüksək risk deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kamçatkada Şiveluç vulkanı 11 km-dən çox hündürlüyə kül püskürüb — Fins.az — Fins.az