
Kamçatkada Şiveluç vulkanı 10 km-dən çox hündürlüyə kül püskürüb
Fins.az - Kamçatkadakı Şiveluç vulkanı güclü püskürmə nəticəsində 10,2 km hündürlüyə qədər kül sütunu yaradıb. Peyk məlumatlarına görə, kül buludu vulkandan təxminən 25 km şimal-şərq istiqamətində yayılıb.
Hazırda vulkan üçün ən yüksək – qırmızı aviasiya təhlükə səviyyəsi elan edilib. Bu, bölgədə hava nəqliyyatı üçün ciddi risk yaradır.