
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
Fins.az - Hər il iyunun 8-də Ümumdünya Okeanlar Günü qeyd olunur.
Bu tarixin ideyası 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində irəli sürülüb.
Məlumata görə, okeanlar planetin səthinin 70 faizindən çoxunu əhatə edir və Yer kürəsində həyatın əsas mənbələrindən biridir.
Okeanlar atmosfer üçün oksigenin ən azı 50 faizini istehsal edir, biomüxtəlifliyin böyük hissəsini özündə saxlayır və bir milyarddan çox insan üçün əsas qida mənbəyi rolunu oynayır.