İtaliyada koronavirusdan ölənlərin sayı Çini keçdi

İtaliyada koronavirusdan ölənlərin sayı Çini keçdi

DÜNYA
1,346

İtaliyada yeni növ koronavirusdan (Kovid-19) ölənlərə 427 nəfər də əlavə olunub.

Fins.az xəbər verir ki, İtaliyada virusdan cəmi ölənlərin sayı 3 min 405-ə çatıb. Bu, Çində koronavirusdan ölənlərin sayından (3248) çoxdur.  

Koronavirus İtaliyada 21 Fevralda üzə çıxıb.

Ölkədə hazırda aşkar edilmiş koronavirus xəstələrinin sayı 33 min 190-dır. Ölənlər və yaxşılaşanlar daxil edildiyində Kovid-19-a yoluxanların cəmi sayı 41 min 35 nəfərdir.

Ölkədə koronavirus ilə mübarizə aparan daha 5 həkim ölüb və ölən həkimlərin sayı 13-ə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İtaliyada koronavirusdan ölənlərin sayı Çini keçdi — Fins.az — Fins.az