İtaliyada dörd hava limanında təyyarələrə yanacaq məhdudiyyəti tətbiq edilib

İtaliyada dörd hava limanında təyyarələrə yanacaq məhdudiyyəti tətbiq edilib

DÜNYA
2,302

Fins.az - İtaliyada Bolonya, Milan Linate, Treviso və Venesiya hava limanlarında təyyarələrə yanacaq verilməsinə məhdudiyyətlər tətbiq olunub.

Məhdudiyyətlər “Air BP Italia” şirkətinin qərarı ilə tətbiq edilib və əsas səbəb qlobal yanacaq çatışmazlığıdır. Bu vəziyyət Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazında neft daşımalarının çətinləşməsi ilə əlaqələndirilir.

Qərara əsasən, yanacaq prioriteti təcili yardım və hökumət reyslərinə, eləcə də 3 saatdan uzun uçuşlara veriləcək. Digər reyslər üçün isə yanacaq təminatı ən azı 9 aprelə qədər məhdudlaşdırılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İtaliyada dörd hava limanında təyyarələrə yanacaq məhdudiyyəti tətbiq edilib — Fins.az — Fins.az