İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

DÜNYA
166

Fins.az -2026-cı ilin yaz mövsümü İsveçdə 1859-cu ildən bəri aparılan meteoroloji müşahidələr tarixində ən isti dövr kimi qeydə alınıb.

Məlumata görə, ölkənin bir çox bölgəsində temperatur rekordları yenilənib, bəzi ərazilərdə isə istilik göstəriciləri uzun illərdir müşahidə olunmayan səviyyəyə çatıb.

İsveç Meteorologiya və Hidrologiya İnstitutunun mütəxəssisləri bildiriblər ki, ölkənin şimalında temperatur artımı daha kəskin hiss olunub.

Abisko və Karesuando kimi bölgələrdə orta temperatur əvvəlki rekordlarla müqayisədə təxminən 1,5 dərəcə Selsi yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb — Fins.az — Fins.az