İsveçdə süni intellekt illüstratorların işini azaldır

İsveçdə süni intellekt illüstratorların işini azaldır

DÜNYA
374

Fins.az - İsveç-də generativ süni intellekt texnologiyalarının yayılması illüstratorların iş imkanlarına ciddi təsir göstərir.

Məlumata görə, AI sistemləri internetdəki böyük həcmdə vizual materiallardan, o cümlədən müəllif hüquqları ilə qorunan şəkillərdən istifadə edərək yeni təsvirlər yaradır. Bu isə sənətçilərin razılığı və ödənişi olmadan həyata keçirilir.

Uşaq kitabları müəllifi və illüstrator Hanna Albrektson bildirib ki, son iki ildə sifarişlərin sayı kəskin azalıb. Xüsusilə jurnal, reklam və qablaşdırma üçün kommersiya layihələri demək olar ki, yoxa çıxıb.

Onun sözlərinə görə, şirkətlər artıq şəkillərin yaradılması üçün daha çox süni intellektə üstünlük verir və rəssamları yalnız son mərhələlərdə prosesə cəlb edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveçdə süni intellekt illüstratorların işini azaldır — Fins.az — Fins.az