İsveç və Danimarkada inflyasiya rekord həddə çatdı

İsveç və Danimarkada inflyasiya rekord həddə çatdı

DÜNYA
926

İsveçdə 1991-ci ildən bəri ən yüksək 7,2% inflyasiya qeydə alınıb.

Bu barədə krallığın statistika idarəsi məlumat yayıb.

Qeyd edilir ki, 2022-ci ilin aprelindən etibarən inflyasiya birdən-birə 1% artıb. Bu şəraitdə qiymət artımı ilk növbədə elektrik enerjisinə, yanacağa, ərzaq və yüngül sənaye mallarına təsir edib. Mütəxəssislər bunu enerji qiymətlərinin artması ilə əlaqələndirirlər.

Danimarkada da rekord 7,4% illik inflyasiya qeydə alınıb. Bunun əsas səbəbi Danimarkanın Rusiya qazını rublla almaqdan imtina etməsi olub ki, bu da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub.

Mənbə: TASS

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveç və Danimarkada inflyasiya rekord həddə çatdı — Fins.az — Fins.az