İsveç telemarketinqin qadağan olunmasını nəzərdən keçirir

İsveç telemarketinqin qadağan olunmasını nəzərdən keçirir

DÜNYA
178

Fins.az - İsveç hökuməti telemarketinqin tamamilə qadağan edilməsi və ya bu sahədə mövcud qaydaların əhəmiyyətli dərəcədə sərtləşdirilməsi imkanlarını araşdırmağa başlayıb.

Dövlət idarəetməsi naziri Erik Slottner bildirib ki, telefonla satış zəngləri cəmiyyət üçün ciddi problemə çevrilib. Onun sözlərinə görə, naməlum nömrələrdən gələn zənglərə cavab verməyənlərin sayı son illərdə əhəmiyyətli dərəcədə artıb.

Məlumata görə, 2016-cı ildə İsveç əhalisinin cəmi 9 faizi naməlum nömrələrə cavab vermirdisə, hazırda bu göstərici təxminən 60 faizə yüksəlib. Bu vəziyyət dövlət qurumları və səhiyyə xidmətlərinin vətəndaşlarla əlaqə saxlamasını da çətinləşdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveç telemarketinqin qadağan olunmasını nəzərdən keçirir — Fins.az — Fins.az