İsveç müəllimlərin iş şəraitinin yaxşılaşdırılması üçün milyardlarla kron ayıracaq

İsveç müəllimlərin iş şəraitinin yaxşılaşdırılması üçün milyardlarla kron ayıracaq

DÜNYA
228

Fins.az - İsveçdə 2027-ci ilin payızından etibarən müəllimlərin iş saatlarını tənzimləyən yeni məcburi qaydalar qüvvəyə minəcək.

İslahata əsasən, ibtidai sinif müəllimlərinin illik dərs yükü 650 saatdan, yuxarı sinif müəllimlərinin isə 550 saatdan artıq olmayacaq.

Yeni qaydalar müəllimlərə dərslərə hazırlıq, planlaşdırma və şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsi üçün kifayət qədər vaxt ayrılmasını da nəzərdə tutur.

Hökumət müəllimlərin iş şəraitinin yaxşılaşdırılması və təhsil sisteminin səmərəliliyinin artırılması məqsədilə bu islahatın həyata keçirilməsinə milyardlarla kron vəsait ayırmağı planlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveç müəllimlərin iş şəraitinin yaxşılaşdırılması üçün milyardlarla kron ayıracaq — Fins.az — Fins.az