İsveç İrandakı müharibənin iqtisadi təsirlərinə hazırlaşır

İsveç İrandakı müharibənin iqtisadi təsirlərinə hazırlaşır

DÜNYA
259

Fins.az - İsveç hökuməti İranda davam edən münaqişənin ölkə iqtisadiyyatına ciddi təsirlər göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Maliyyə naziri Elizabet Svantesson bildirib ki, artıq münaqişənin təsirləri hiss olunmağa başlayıb və bu, inflyasiyanın artmasına, ÜDM-in artım tempinin zəifləməsinə, eləcə də enerji və ərzaq qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.

Baş nazir Ulf Kristersson qeyd edib ki, hökumət vəziyyətin təsirlərini azaltmaq üçün bir sıra tədbirlər görüb. Bunlara yanacaq vergisinin minimum səviyyəyə endirilməsi və ötən qış üçün əhaliyə elektrik enerjisi üzrə kompensasiyaların verilməsi daxildir.

Bununla belə, hökumət hesab edir ki, qaz ehtiyatlarının azalması və qarşıdakı qışda enerji qiymətlərinin artacağı gözləntiləri fonunda iqtisadi təsirlər uzunmüddətli ola bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveç İrandakı müharibənin iqtisadi təsirlərinə hazırlaşır — Fins.az — Fins.az