ISU rusiyalı və belaruslu idmançıların neytral statusda yarışmasına icazə verib

ISU rusiyalı və belaruslu idmançıların neytral statusda yarışmasına icazə verib

DÜNYA
191

Fins.az - Beynəlxalq Konkisürmə İttifaqı (ISU) rusiyalı və belaruslu idmançıların təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib.

Qərara əsasən, Rusiya və Belarus təmsilçiləri beynəlxalq yarışlarda neytral idmançı statusunda çıxış edə biləcəklər.

Bununla yanaşı, fiqurlu konkisürənlər və sürətli konkisürənlər yalnız ISU tərəfindən müəyyən edilmiş əlavə meyarlara və tələblərə əməl etdikləri halda yarışlara buraxılacaqlar.

Yeni qaydalar həm fiqurlu konkisürmə, həm də sürətli konkisürmə üzrə beynəlxalq turnirlərə şamil ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ISU rusiyalı və belaruslu idmançıların neytral statusda yarışmasına icazə verib — Fins.az — Fins.az