İsraildə koronavirusa qarşı tətbiq olunan məhdudiyyətləri ləğv ediləcək

İsraildə koronavirusa qarşı tətbiq olunan məhdudiyyətləri ləğv ediləcək

DÜNYA
566

“İsraildə koronavirusa qarşı tətbiq edilmiş karantin məhdudiyyətləri ləğv ediləcək”.

Bunu ölkənin səhiyyə naziri Yuli Edelşteyn bildirib.

Nazir qeyd edib ki, İsrail normal həyata qayıdır: “İyunun 1-dən etibarən artıq "yaşıl pasport"a ehtiyac qalmayacaq və açıq havada insanların sayını tənzimləyən "bənövşəyi standart" adlanan məhdudiyyətlər götürüləcək.
Eyni zamanda, vətəndaşlar hələ də qapalı yerlərdə maska taxmalı, giriş və çıxış üçün nəzərdə tutulan məhdudiyyətlər davam edəcək”.

Yuli Edelşteyn, həmçinin, vətəndaşları koronavirusa yoluxma nisbəti yüksək olan ölkələrə səyahət etməməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsraildə koronavirusa qarşı tətbiq olunan məhdudiyyətləri ləğv ediləcək — Fins.az — Fins.az