İsrail Mərkəzi Bankı faiz dərəcələrini artırıb

İsrail Mərkəzi Bankı faiz dərəcələrini artırıb

DÜNYA
936

İsrail Mərkəzi Bankı inflyasiyanı cilovlamaq üçün 10-cu dəfə faiz dərəcələrini artırıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, İsrail Mərkəzi Bankı siyasət faizini 10-cu dəfə artırıb ki, bu da 2006-cı ildən bəri ən yüksək həddi olub.

Bank iqtisadçıların proqnozlarına uyğun olaraq standart faiz dərəcəsini 4,5 faizdən 4,75 faizə yüksəldib. Faiz artımı dövrünə 2022-ci ilin aprel ayında başlayan bank, ikinci dəfə faiz dərəcələrini 25 baza bəndi artırdı.

Bank qərar mətnində faiz artımı dövrünün sona çatdığına dair mesaj verməyib.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsrail Mərkəzi Bankı faiz dərəcələrini artırıb — Fins.az — Fins.az