İspaniyada mobil operatorlar enerji kəsintisi zamanı ən azı 4 saat rabitə təmin etməli olacaqlar

İspaniyada mobil operatorlar enerji kəsintisi zamanı ən azı 4 saat rabitə təmin etməli olacaqlar

DÜNYA
170

Fins.az - İspaniya hökuməti mobil operatorlar üçün yeni tələb tətbiq etməyi planlaşdırır. Yeni qaydalara əsasən, elektrik enerjisinin kəsilməsi hallarında abonentlərə ən azı dörd saat ərzində mobil rabitə xidmətinin göstərilməsi təmin edilməlidir.

Məlumata görə, müvafiq fərmanın ilin sonunadək təsdiqlənməsi nəzərdə tutulur.

Qərar 2025-ci ilin aprel ayında ölkədə baş vermiş genişmiqyaslı elektrik kəsintisindən sonra qəbul edilir. Həmin hadisə zamanı İspaniyanın müxtəlif bölgələrində mobil şəbəkələrin fəaliyyəti ciddi şəkildə pozulmuşdu.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İspaniyada mobil operatorlar enerji kəsintisi zamanı ən azı 4 saat rabitə təmin etməli olacaqlar — Fins.az — Fins.az