İraq OPEC-dən çıxmır: BƏƏ-nin qərarı neft bazarında gərginliyi artırdı

İraq OPEC-dən çıxmır: BƏƏ-nin qərarı neft bazarında gərginliyi artırdı

DÜNYA
312

Fins.az - İraq OPEC və OPEC+ təşkilatlarını tərk etməyi planlaşdırmır.

Bu barədə Reuters agentliyi ölkənin neft sektorundakı iki rəsmi mənbəyə istinadən məlumat yayıb.

Rəsmi açıqlamalara görə, İraq neft qiymətlərinin sabitliyinin qorunması üçün güclü OPEC-in fəaliyyətini dəstəkləyir. Bildirilir ki, təşkilatın vahid siyasəti qlobal enerji bazarında balansın saxlanmasında mühüm rol oynayır.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı verib. Bu addım neft ixrac edən ölkələr alyansına ciddi təsir göstərməklə yanaşı, bazarda qeyri-müəyyənliyi artırıb.

Ekspertlərin fikrincə, qərar həmçinin faktiki lider sayılan Səudiyyə Ərəbistanı üçün də çağırış yaradır. Proses İranda davam edən münaqişə fonunda baş verir və artıq qlobal enerji bazarında dalğalanmaları gücləndirib.

Analitiklər qeyd edirlər ki, İraqın təşkilatda qalmaq mövqeyi OPEC daxilində balansın qorunması baxımından mühüm əhəmiyyət daşıyır və bazar iştirakçıları üçün müəyyən sabitlik siqnalı verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İraq OPEC-dən çıxmır: BƏƏ-nin qərarı neft bazarında gərginliyi artırdı — Fins.az — Fins.az