İranda internet məhdudiyyəti 1000 saatı keçib

İranda internet məhdudiyyəti 1000 saatı keçib

DÜNYA
422

Fins.az - İranda internetə çıxışda ciddi məhdudiyyətlərin davam etməsi nəticəsində ümumi kəsinti müddəti 1000 saatı ötüb.

NetBlocks rəqəmsal monitorinq platformasının məlumatına görə, bu vəziyyət ABŞ və İsrailin birgə əməliyyatı fonunda yaranıb.

Bildirilib ki, ölkədə daxili şəbəkə – mesajlaşma tətbiqləri, bank sistemləri və digər yerli xidmətlər işləməyə davam etsə də, fevral ayından etibarən qlobal internetə çıxış ciddi şəkildə məhdudlaşdırılıb.

Məlumata əsasən, bu vəziyyət regionda baş verən hərbi gərginliklə əlaqələndirilir və kiberməkan üzərində nəzarətin gücləndirilməsi ilə izah olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İranda internet məhdudiyyəti 1000 saatı keçib — Fins.az — Fins.az