İran-Türkiyə sərhədində yeni beynəlxalq terminal açılacaq

İran-Türkiyə sərhədində yeni beynəlxalq terminal açılacaq

DÜNYA
244

İran və Türkiyə Qərbi Azərbaycan əyalətinin Küzereş rayonunda sərhəddə dördüncü beynəlxalq terminal açmağı planlaşdırır.

Finss.az xəbər verir ki, bu barədə regionun qubernatoru Məhəmmədsadiq Mütəmadiyan iki ölkənin sərhəd əyalətlərinin qubernatorlarının yeddinci görüşündə bildirib.

Onun sözlərinə görə, ticarət əlaqələrini gücləndirmək və investorları cəlb etmək üçün sərhədyanı Urmiya, Salmas və Maku şəhərlərində azad iqtisadi zonalar yaradılacaq. Bundan əlavə, İranın Xoy şəhəri ilə Türkiyənin Van və Mersin şəhərləri arasında dəmir yolu nəqliyyatının gücləndirilməsi istiqamətində fəal iş aparılır.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İran-Türkiyə sərhədində yeni beynəlxalq terminal açılacaq — Fins.az — Fins.az