
İran ABŞ ilə mümkün razılaşma çərçivəsində 24 milyard dollarlıq aktivlərin dondurulmasının ləğvini istəyir
Fins.az - Iran ABŞ ilə mümkün razılaşma çərçivəsində 24 milyard dollar həcmində aktivlərin dondurulmasının aradan qaldırılmasını tələb edir.
Məlumata görə, bu məsələ Yaxın Şərqdə mövcud gərginliyin həlli ilə bağlı İran tərəfinin təqdim etdiyi təkliflər paketinə daxildir.
Təklifə əsasən, razılaşma haqqında memorandum imzalandıqdan sonra 12 milyard dolların dərhal, qalan 12 milyard dolların isə 60 gün ərzində azad olunması nəzərdə tutulur.