İqtisadiyyat, tibb və başqa sahələr üzrə Nobel mükafatları təqdim edilib

İqtisadiyyat, tibb və başqa sahələr üzrə Nobel mükafatları təqdim edilib

DÜNYA
267

İsveç Kralı XVI Karl Qustaf Stokholm Filarmoniyasında tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatlarını təqdim edib.

Fins.az xəbər verir ki, 10 laureata monarx tərəfindən diplom və qızıl medallar təqdim edilib.

Mərasimi giriş sözü ilə açan Nobel Fondunun İdarə Heyətinin sədri Astrid Söderberq Viddinq qeyd edib ki, azad fundamental tədqiqatlar vasitəsilə elm insan biliklərinin sərhədlərini genişləndirir, gözlənilməz gələcək hadisələrə hazırlığı təmin edir. O, vurğulayıb ki, bu axşam mükafatlandırılan laureatlar elmin və ədəbiyyatın qüdrətindən xəbər verir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İqtisadiyyat, tibb və başqa sahələr üzrə Nobel mükafatları təqdim edilib — Fins.az — Fins.az