iPhone 12 Wi-Fi mövzusunda bir ilk olacaq

iPhone 12 Wi-Fi mövzusunda bir ilk olacaq

DÜNYA
1,062

Apple-ın sentyabr ayında satışa çıxaracağı iPhone 12 seriyası üçün qarşıda xeyli vaxt olsa da, son zamanlar haqqında sızıntılar çox yayılır.

Yeni iPhone-ların olduqca qısa məsafəyə sahib olan, ancaq yüksək sürətlərə çıxa bilən 802.11 ay standartını dəstəkləyəcəyi iddia edilir.

Fins.az xəbər verir ki, məlumat ötürülməsi üçün 60 GHz spektrindən istifadə edən bu Wi-Fi standartının Bluetooth ilə eyni şəkildə  işlədiyi, lakin sürətinin daha yüksək olduğu açıqlanıb.

Ən son məlumatlara görə, Apple 2020-ci ilə qədər 100 milyon iPhone 12 istehsal etməyi planlaşdırır. 3D ToF sensoru ilə təchiz edilmiş kamera, 6 GB RAM və 120 Hz ProMotion displeyləri olan iPhone 12 Pro seriyasını məhdudlaşdıracaq.

Qeyd edək ki, cihazın kənarları iPhone 4 modelinə bənzəyəcək. Pro modellərinin həm 5W-də mmWave, həm də Sub-6 dəstəyinə sahib olacağı bildirilir. iPhone 12 sub-6GHz 5G-ni dəstəkləyəcək. Həmçinin ikili arxa kameranı qoruyan telefonun 4 GB operativ yaddaşa sahib olacağı gözlənilir.

©Ted

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
iPhone 12 Wi-Fi mövzusunda bir ilk olacaq — Fins.az — Fins.az