İngiltərədə pərakəndə satış 0.4% artıb

İngiltərədə pərakəndə satış 0.4% artıb

DÜNYA
1,102

Milli Statistika İdarəsinin (ONS) verdiyi açıqlamaya əsasən, bu ilin avqust ayında ölkədə pərakəndə satışların aylıq bazda 0,4 faiz artıb.

Gözləntilər avqust ayında ölkədə pərakəndə satışın 0,5 faiz artacağı yönündə idi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu ilin avqust ayında ölkədə pərakəndə satışlar illik bazda 1,4 faiz azalıb.

Ölkədə pərakəndə satışlar iyulda əsasən yağışlı hava şəraiti səbəbindən 1,1% azalıb.

Açıqlamada bu ilin avqust ayında ölkədə marketlərin pərakəndə ərzaq satışının 1,2 faiz artdığı vurğulanıb və ölkədəki marketlərin pərakəndə ərzaq satışının əvvəlki ayda 2,5 faiz azaldığı xatırladılıb.

Böyük Britaniyada inflyasiya avqustda illik bazda 6,8 faizdən 6,7 faizə düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İngiltərədə pərakəndə satış 0.4% artıb — Fins.az — Fins.az