
İngiltərə Kuboku: “Çelsi” finalda “Mançester Siti”yə rəqib olub
Fins.az - Futbol üzrə İngiltərə Kubokunda ikinci finalçı müəyyənləşib.
Yarımfinal mərhələsində “Çelsi” “Lids Yunayted”lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Görüşün yeganə qolunu 23-cü dəqiqədə Enzo Fernandes vurub.
Beləliklə, “Çelsi” finalda “Mançester Siti” ilə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 16-da keçiriləcək.