İngiltərə Bankı işçilərinin 8 faizini ixtisar edəcək

İngiltərə Bankı işçilərinin 8 faizini ixtisar edəcək

DÜNYA
303

Fins.az - İngiltərə Bankı yaxın aylarda strukturun optimallaşdırılması və xərclərin azaldılması məqsədilə 446 əməkdaşını ixtisar etməyi planlaşdırır. Bu, qurumun ümumi işçi heyətinin təxminən 8 faizini təşkil edir.

Məlumata görə, ixtisarlar qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək və proses yüksək vəzifəli əməkdaşları da əhatə edəcək. Onların arasında bölmə rəhbərləri və direktorlar da var.

Artıq könüllü şəkildə işdən ayrılmağa razılıq verən 75 nəfərə maksimum 150 min funt sterlinq məbləğində kompensasiya ödəniləcək. Ümumilikdə orta kompensasiya məbləğinin 81 min funt olduğu, bütün ödənişlərin isə təxminən 36 milyon funt sterlinq təşkil edəcəyi bildirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İngiltərə Bankı işçilərinin 8 faizini ixtisar edəcək — Fins.az — Fins.az