İngiltərə Bankı əsas faiz dərəcəsini 3,75% səviyyəsində saxlayıb

İngiltərə Bankı əsas faiz dərəcəsini 3,75% səviyyəsində saxlayıb

DÜNYA
281

Fins.az - İngiltərə Bankı əsas faiz dərəcəsini gözlənildiyi kimi illik 3,75% səviyyəsində saxlayıb. Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Pul-kredit siyasəti üzrə Komitənin (MPC) bütün doqquz üzvü faiz dərəcəsinin dəyişdirilməməsinin lehinə səs verib. Halbuki ekspertlərdən bəziləri iki üzvün dərəcənin 25 baza bəndi azaldılmasını dəstəkləyəcəyini gözləyirdi.

Xatırladaq ki, fevral iclasında da faiz dərəcəsi dəyişməz saxlanılmışdı və bu, 2023-cü ilin fevralından bəri ən aşağı səviyyə hesab olunur. Dekabr ayında isə tənzimləyici dərəcəni 25 baza bəndi azaltmışdı.

Mart qərarından sonra bazar iştirakçıları ilin sonuna qədər faiz dərəcəsinin ümumilikdə 50 baza bəndi artırılacağını gözləyirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İngiltərə Bankı əsas faiz dərəcəsini 3,75% səviyyəsində saxlayıb — Fins.az — Fins.az