
İndoneziya strateji xammal ixracını dövlət nəzarətinə keçirir
Fins.az - İndoneziya hökuməti strateji əhəmiyyət daşıyan xammal məhsullarının ixracı üzərində dövlət nəzarətini gücləndirmək məqsədilə yeni qaydalar tətbiq edib.
İyunun 1-dən qüvvəyə minən qaydalara əsasən, kömür, palma yağı və ferroərintilərin ixracı dövlət nəzarəti altında həyata keçiriləcək.
Mütəxəssislərin fikrincə, yeni tələblər bu məhsulların xarici bazarlara çatdırılmasında gecikmələrə səbəb ola bilər.