İlya Malinin üçqat dünya çempionu oldu

İlya Malinin üçqat dünya çempionu oldu

DÜNYA
407

Fins.az - Amerikalı fiqurlu konkisürmə ustası İlya Malinin Praqada keçirilən dünya çempionatında kişi fərdi yarışlarında qızıl medal qazanıb. Qısa və sərbəst proqramların cəmi üzrə o, 329,40 bal toplayıb.

İkinci və üçüncü yerləri yapon idmançılar Yuma Kaqiyama (306,67) və Sun Sato (288,54) tutublar.

Bu nəticə ilə İlya Malinin artıq üçqat dünya çempionu adını qazanıb. O, həmçinin komanda yarışlarında Olimpiya çempionudur.

Malinin Rusiya əsilli fiqurlu konkisürməçilər Tatiana Malinina və Roman Skornyakovun oğludur; valideynləri yarışlarda Özbəkistanı təmsil ediblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlya Malinin üçqat dünya çempionu oldu — Fins.az — Fins.az