İlya Kovalçuk “Şanxay Draqonları” klubunun prezidenti təyin olunub

İlya Kovalçuk “Şanxay Draqonları” klubunun prezidenti təyin olunub

DÜNYA
256

Fins.az - Olimpiya çempionu İlya Kovalçuk Kontinental Xokkey Liqasında çıxış edən “Şanxay Draqonları” klubunun prezidenti vəzifəsinə təyin olunub.

Kovalçuk yeni vəzifəsi ilə bağlı bildirib ki, komandanı qarşıda maraqlı dövr gözləyir və həm idman yanaşmasında ciddi dəyişikliklər ediləcək, həm də azarkeşlərlə əlaqələr gücləndiriləcək. O, yeni mövsümdə azarkeşləri oyunlara dəvət edib.

Qeyd edək ki, klubda prezident vəzifəsi ilk dəfə yaradılıb.

Bundan başqa, klubun baş meneceri vəzifəsinə sabiq rusiyalı xokkeyçi Yevgeni Artyuxin təyin edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlya Kovalçuk “Şanxay Draqonları” klubunun prezidenti təyin olunub — Fins.az — Fins.az